Okt 13, 2016 12:22 Asia/Baku
  • Aşura günündə Yəməndə aksiya
    Aşura günündə Yəməndə aksiya

Minlərlə yəmənli Aşura günündə paytaxt Sənada "Zülmə etiraz" adı altında aksiya keçirib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, minlərlə yəmənli çərşənbə günü Yəmən Ənsarullah hərəkatının baş katibi Əbdülmalik Bədrəddin Husinin çağırışı əsasında Sənada aksiya keçirərək, Amerika və Ərəbistanın Yəmən xalqına xüsusi ilə də paytaxt Səna sakinlərinə qarşı cinayətlərinə etiraz ediblər. 

Aksiya iştirakçıları əllərində Yəmən bayrağı ilə  yanaşı üzərinə "Ləbbeyk Ya Hüseyn" şüarı  yazılmış bayraqlar daşıyıblar. Aksiya iştirakçılarının əllərində həmçinin, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın fotoşəkilləri də olub. 

Əbdülmalik Husi ötən bazar günü Yəmən xalqını Aşura günü Sənada keçiriləcək yürüşdə iştiraka dəvət etmişdi. 

Ərəbistan qırıcıları şənbə günü paytaxt Sənada, çoxlu sayda insanın iştirak etdiyi yas mərasiminin keçirildiyi məkanı bir neçə dəfə bombalayıblar. Nəticədə yüzlərlə insan  həlak olub və  yaralanıb. 

BMT-nin statistik məlumatlarına görə, Ərəbistanın Yəmənə hücumlarında indiyə kimi 6600 nəfər həlak olub. 

Teqlər