Türkiyə ordusunun İraq ərazilərində fəaliyyətdə məqsədləri-Təhlil
https://azeri.sahartv.ir/news/qərbi_asia-i239969-türkiyə_ordusunun_İraq_ərazilərində_fəaliyyətdə_məqsədləri_təhlil
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın bu ölkə ordusunun İraqın şimalındakı fəaliyyətinin davam etdirilməsinə təkidi, Türkiyənin İraqda bəzi məqsədləri barədə versiaların səslənməsinə səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2016 14:22 Asia/Baku
  • Türkiyə ordusunun İraq ərazilərində fəaliyyətdə məqsədləri
    Türkiyə ordusunun İraq ərazilərində fəaliyyətdə məqsədləri

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın bu ölkə ordusunun İraqın şimalındakı fəaliyyətinin davam etdirilməsinə təkidi, Türkiyənin İraqda bəzi məqsədləri barədə versiaların səslənməsinə səbəb olub.

İraq parlamentinin üzvü xanım Firdövs Əvasi deyib: Türkiyə hərbçilərinin Molsulun yaxınlığında yerləşdirilməsində məqsəd bu şəhərdə fəaliyyət göstərən 2 mindən çox İŞİD terrorçusunu xilas etməkdən ibarətdir. 

Deputat bildirir: Mosul sakinlərindən öyrənmişik ki, Mosulda İŞİD üzvü olan 2 mindən çox türkiyəli, Türkiyə ordusunun Bəşiqədə yerləşən hərbi bölməsi ilə əlaqədədirlər. Onlar Mosuldan çıxmaq və Mosulun işğalından öncə Türkiyənin onlara hərbi təlim verməsinin Türkiyə üçün böyük rüsvayçılıq olacağını başa düşərək Türkiyə hərbçiləri ilə müzakirələr aparmaqdadırlar. İraq parlamentinin üzvü deyib: Mosuldakı türk İŞİD-çilər cərgəsində bir neçə türkiyəli zabit də fəaliyyət göstərir. Onlar bir neçə ildir ki, terrorçulara təlim keçirlər. 

Türkiyə rəhbərləri is' bu ölkə ordusunun terrorçular xüsusilə də İŞİD terrorçuları ilə hər hansı  əməkdaşlığını qətiyyətlə rədd edirlər. Belə ki, artıq bir aydır ki Türkiyə hərbçiləri terrorçu İŞİD qrupunu hədəfə almaq üçün Suriya ərazisində hərbi əməliyyatlar aparır.

İraqlı deputatın iddiası göstərir ki, terrorçular haradan və kimlər tərəfindən idarə olunurmuşlar.

 Bu dövlətlər ilk öncə Suriyanın qanuni hökumətini devirməkdə və İraqdakı gərgin vəziyyətdə maraqlıdırlar. 

Belə bir durumda Turkiyə prezidenti böyük riski qəbul edib. Rəcəb Təyyib Ərdoğan özünü Fars körfəzinin irticaçı ərəb dövlətlərinə bəla sipəri etməkdən əlavə özünü çox çıxllmaz durumda qoyub. 

Həmçinin İraq ordusu və dövlət rəsmilərininTürkiyənin bu ölkə ərazilərində öz hərbi fəaliyyətlərini davam etdirməsi ilə razılaşacağı da qeyri-mümkün görünür.

Görünür Türkiyə dövləti Suriya və İraqdakı daxili böhrandan su-istifadə edərərk hər iki ölkəyə hərbi qüvvələr yerləşdirmişdir. Suriya və İraqın qanuni dövlətləri daima Türkiyənin bu hərəkətini pisləmişlər və Türkiyənin terrorizm ilə mübarizə iddialarına şübhə ilə yanaşdıqlarını bildirmişlər.

Onlar həmçinin, bildirirlər ki, Ankara terrorçu İŞİD qrupu ilə qarşılaşmaq adı altında əslində PKK yaraqlıları ilə savaşa girib.