İraqlılar Türkiyənin bu ölkə ərazilərindəki hərbi fəaliyyətlərinə qarşı etiraz aksiyası keçiriblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i239984-İraqlılar_türkiyənin_bu_ölkə_ərazilərindəki_hərbi_fəaliyyətlərinə_qarşı_etiraz_aksiyası_keçiriblər
İraqlılar Türkiyənin bu ölkə ərazilərindəki hərbi fəaliyyətlərinə qarşı etiraz aksiyası keçiriblər
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2016 15:31 Asia/Baku
  • İraqlılar Türkiyənin bu ölkə ərazilərindəki hərbi fəaliyyətlərinə qarşı etiraz aksiyası keçiriblər
    İraqlılar Türkiyənin bu ölkə ərazilərindəki hərbi fəaliyyətlərinə qarşı etiraz aksiyası keçiriblər

İraqlılar Türkiyənin bu ölkə ərazilərindəki hərbi fəaliyyətlərinə qarşı etiraz aksiyası keçiriblər

Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, İraqın cənub və qərbində Bəsrə və Misan vilayətlərində minlərlə sakin bu gün etiraz aksiyaları keçirərək, Türkiyə prezidentinin son bəyanatlarını pisləyiblər və Türkiyə hərbçilərinin İraq torpaqlarını tərk etməsini istəyiblər. 

İraqlı nümayişçilər Türkiyəyə qarşı şüarlar səsləndirərək İŞİD terrorçularının məhvinədək mübarizəni davam etdirəcəklərini bildiriblər. 

İraqın xarici işlər naziri İbrahim Cəfəri isə bu gün Lozanna iclasının kənarında deyib: İştirakçı ölkələrdən Türkiyəyə öz hərbçilərini İraqdan çıxarması üçün təzyiq göstərmələrini istəyirik. 

İraqda Kərbəla vilayət şurası da Türkiyənin öz hərbçilərini İraqın şimalından çıxarmayacağı təqdirdə İraqda fəaliyyət göstərən Türkiyə şirkətlərinin qovulacağı ilə hədələyib. 

Kərbəla vilayət şurasının sədri Əli Əl-Maliki deyib: Türkiyə hərbçilərinin İraq torpaqlarındakı fəaliyyəti İraqın suverinliyinə təcavüzdür. 

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan dünən deyib: Türkiyə Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatında iştirakda qərarlıdır. 

Türkiyə 2015-ci ilin axırlarından yüzlərlə hərbçisini Mosulun Bəşiqə hərbi bazasında yerləşdirib. Türkiyə bu təşəbbüsdə məqsədin terrorçularla mübarizə və kürd peşmərgələrinə təlimat verilməsi olduğunu bildirir.