Əl-İbadi: Mosul əməliyyatında Türkiyəyə müdaxilə icazəsini verməyəcəyik
İraq baş naziri bildirib: Türkiyə qüvvələrinə Mosulun azad olunması əməliyyatında iştirak icazəsini heç bir vəchlə verməyəcəyik.
İraq baş naziri Heydər əl-İbadi şənbə günü Mosulun azad olunması əməliyyatında Türkiyə hərbçilərnin iştirakı barəsində Ankaranın mövqeyini rədd edərək deyib: Kimsə Ankaradan bu məsələdə müdaxilə etməsini istəməyib.
Əl-Aləm telekanalının məlumatına görə, əl-İbadi belə şübhəli müdaxilələrin qəbuledilməz olduğunu və İraq hökumətinin bu işin baş tutmasına icazə verməyəcəyini bildirərək əlavə edib: İraq vətəndaşları öz ərazilərini terrorçulardan azad etmək istəyirlər.
İraq baş naziri söyləyib: Yalnız iraqlıların özləri Mosulda döyüşürlər və Mosulun azad olunması əməliyyatında heç bir əcnəbi qüvvə iştirak etməyəcək.
Türkiyə 2015-ci ilin sonlarından yüzlərlə hərbi qüvvəsini qeyri-qanuni şəkildə Mosulun Bəşiqə bazasında kürd peşmərgə qüvvələrinə təlim keçmək və terrorçularla mübarizə bəhanəsi ilə yerləşdirib.