Suriya erməniləri Ermənistana axın edir
Okt 19, 2016 06:59 Asia/Baku
-
Suriya erməniləri Ermənistana axın edir
Ermənilərin Suriyadan Ermənistana doğru böyük axını davam edir.
İRİB-nin verdiyi məlumata görə, Suriya ermənilərindən təqribən 12 000 nəfəri bu ölkədə gedən savaşın davam etməsinə görə, Ermənistana mühacirət edib. Suriyada 100 000 erməni yaşayır.
Ermənistana mühacirət edən Suriya ermənilərinin başlıca problemi məskəndir. Bu məlumata görə, Suriyadan Ermənistana mühacirət edən ermənilərin yalnız 30%-i Ermənistanda özünə mənzil tapa bilib.
Erməni mühacirlərin çoxu hələ də müvəqqəti sığınacaqlarda və ya yaxınlarının mənzillərində qalmaqdadırlar.
Bu arada az yaşlı uşaq və əlil insanlara şamil olan ailələr Ermənistan dövləti tərəfindən xüsusi himayə proqramına daxil ediliblər.
Teqlər