Okt 19, 2016 11:23 Asia/Baku
  • Amiri: Xalq qüvvələri Mosul şəhərinə daxil olmayacaq
    Amiri: Xalq qüvvələri Mosul şəhərinə daxil olmayacaq

İraqın Bədr Təşkilatının baş katibi və xalq qüvvələrinin baş komandanlarından olan Hadi Amiri çərşənbə axşamı Nəcəf şəhərində Sədr cərəyanının başçısı olan Müqtəda Sədr ilə birlikdə iştirak etdiyi mətbuat konfransında deyib: Mosul şəhərinə sadəcə ordu və polis qüvvələri daxil olacaq və bu barədə razılıq əldə olunub.

Əliraqiyyə telekanalının verdiyi məlumata görə, İraqda xalq qüvvələrinin baş komandan əvəzi Əbu Mehdi Mühəndis də Nəcəf şəhərində Müqtəda sədr ilə birgə mətbuat konfransında deyib: Türkiyənin müdaxiləsi ilə bağlı biz İraq dövlətinin rəsmi qərarlarına tabeyik. Mən bir daha bildirirəm ki, İraq dövləti, parlamenti və xalqı xarici hərbçilərin İraq ərazisindəki iştirakı ilə müxalifdir. Biz, xarici qüvvələr ilə qarşılaşmada silahlı qüvvələrin baş komandanlığının qərarlarına tabeyik. Bu xüsusda baş nazirlik, xarici işlər nazirliyi və parlament səviyyəsində rəsmi mövqelər elan edilib və biz könüllü xalq qüvvələri olaraq heç vaxt rəsmən elan edilmiş mövqedən kənar bir mövqe seçməyəcəyik. 

Digər tərəfdən Hadi Amiri deyib: İraqın baş naziri öz rəsmi açıqlamasında bildirdi ki, yalnız ordu və polis qüvvələri Mosul şəhərinə daxil olacaq. Və bütün tərəflər bu barədə ortaq fikirə malikdirlər. Bu məsələ könüllü xalq qüvvələri , kürd peşmərgə yaraqlıları və beynəlxalq koalisiya qüvvələrinin Mosul şəhərinə daxil olmayacağı anlamına gəlir. Biz İŞİD-in Mosul əhalisindən canlı qalxan kimi istifadə etməsindən nigaranıq. Bu məsələ hamının o cümlədən ordu komandanlarının da nigaranlığına səbəb olub. Sivil əhalinin həyatının təhlükə qarşısında olması ilə bağlı nigaranlıq Mosul savaşının uzunmüddətli bir savaşa çevrilməsinə səbəb olacaq. 

Teqlər