Okt 19, 2016 14:10 Asia/Baku
  • Mosul əməliyyatı uğurla davam etdirilir
    Mosul əməliyyatı uğurla davam etdirilir

İraqın Neynəva əyalətinin mərkəzi olan Mosul şəhərinin İŞİD-in işğalından azad edilməsi əməliyyatı uğurla davam etdirilir. Bu əməliyyata bazar ertəsi, günün ilk saatlarında start verilib.

Mosul şəhəri 2014-cü ilin iyun ayından İŞİD terrorçularının işğalı altındadır. İraqın birləşmiş qüvvələri Mosul şəhərinin cənubunda yerləşən Qəyyarə istiqamətindən şəhərə doğru geniş hücumlara başlayıblar. Yerli mənbələr bildirirlər ki, birləşmiş iraqlı qüvvələr indiyə kimi 15 kəndi terrorçuların işğalından azad ediblər. İraqlı qüvvələr Mosula doğru irəliləyərək, 100 neft quyusuna nəzarəti də ələ keçiriblər.

Kürd Peşmərgə yaraqlıları və könüllü xalq qüvvələri də şərq və cənub istiqamətindən MOsul şəhərinə doğru irəliləyirlər. Mosulun azad edilməsi əməliyyatının birinci günündə əldə edilən uğurlardan aydın olurki, birləşmiş iraqlı qüvvələr İŞİD terrorçularının Neynəva əyalətindən çıxarılmasında qətiyyətlidirlər.

Mosulun azad edilməsi əməliyyatında yekun qələbə bu əməliyyata rəhbərliyin iraqlılar tərəfindən davam etdirilməsindən asılıdır. Amerika və bəzi region ölkələri Mosulda İŞİD ilə savaşın ön cəbhəsinə rəbhərliyi ələ almağa səy göstərsə də, İraqın baş naziri Heydər İbadinin qətiyyətli mövqe sərgiləməsi buna mane oldu.

Birləşmiş iraqlı qüvvələrin Mosula doğru irəliləməsi ilə  yanaşı İŞİD terrorçuları da məntəqəni tərk etməyə başlayıblar. İŞİD-in Mosul əməliyyatı qarşısında çaş-baş qalması tam aydınlıqla hiss olunur və artıq terrorçuların şəhəri tərk etməkdən başqa heç bir çıxış yolu qalmayıb.

Mosul hazırda İŞİD-in İraqda yeganə bazası sayılır. İraqlıların İŞİD-in məhv edilməsi əməliyyatını ciddi şəkildə izləməsi ilə, amerikalılar və qərblilərin terrorizm ilə mübarizədə yenə də ikili rəftar edəcəklərini indidən proqnoz etmək mümkündür. İraq və Suriyadakı terrorçu qruplaşmaların formalaşmasında Amerikalılar və Avropanın xüsusi xidmət orqanlarının əməkdaşlığa malik olmasını nəzərə alaraq, onların iraqlı qüvvələrin Mosula doğru irəliləməsindən narahat olmaları tam aydındır.

ABŞ prezidenti Barak Obama dünən bu barədə deyib: " Mosul savaşı çətin eyni zamanda qələbələr və məğlubiyyətlər ilə yanaşı olacaq. Amma, mən əminəm ki, İŞİD Mosulda məğlub olacaq və onun məhvi istiqamətində yeni bir addım atılacaq."

 

Fransanın müdafiə naziri Jan İv Luderyan isə deyib: "Mosul savaşı çətin və uzun bir savaş olacaq. Mosul 1 milyondan çox əhalisi olan bir şəhərdir. Bunu nəzərə aldıqda savaşın həftələr və hatta aylarla uzanacağını demək olar."

 

Bütün bunlara baxmayaraq, İraq ordusunun 9-cu zirehli dviziyasının komandanı Qasım Casim deyir: "Biz nikbinik. Döyüşçülər ruh yüksəkliyinə malikdirlər. Düşmən sadəcə RPG ilə savaşır. Bu isə onların məğlubiyyətin astanasında olduğundan xəbər verir."

 

Birləşmiş iraqlı qüvvələr arasındakı birlik Mosulun azad edilməsi əməliyyatında uğurun başlıca rəmzidir. Bu birlik amerikalılara ehtiyac duymadan Mosul savaşının taleyini İraq xalqının xeyrinə dəyişmiş olacaq.

Teqlər