İraq paytaxtında terror aktı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i242249-İraq_paytaxtında_terror_aktı
Bağdadın mərkəzində terror aktında 11 nəfər həlak olub və yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 27, 2016 16:49 Asia/Baku
  • İraq paytaxtında terror aktı
    İraq paytaxtında terror aktı

Bağdadın mərkəzində terror aktında 11 nəfər həlak olub və yaralanıb.

Əl-Bağdadiyyə xəbər televiziyasının məlumatına görə, bu gün cümə axşamı günü İraq paytaxtı Bağdadın şimalında terror partlayışı nəticəsində 11 iraqlı həlak olub. 

Bu arada əl-Anbar əməliyyat komandanı İsmayıl əl-Məhlavi deyib: Beynəlxalq koalisiyanın qırıcı-bombardmançı təyyarəsi cümə axşamı günü Ər-Rətbənin cənubunda İŞİD ünsürlərinin 11 BTR-ni hədəfə alıb. Bu əməliyyatda 25 İŞİD-çi öldürülüb. 

Digər tərəfdən İraq ordusu və kürd peşmərgə qüvvələri Mosulun ətrafında daha 3 kəndi İŞİD terrorçularının işğalından azad ediblər. 

Neynəvanın azad olunması əməliyyatında İraq ordusunun zabitlərindən polkovnik Yasin Bəkr deyib: İraq qüvvələri İŞİD terrorçuları ilə toqquşmada onlardan azı 19 nəfəri öldürdükdən sonra, Mosulun yaxınlığında Münirə kəndini terrorçuların işğalından azad ediblər.