Okt 29, 2016 12:20 Asia/Baku
  • Mosulun qərbində İraq xalq qüvvələrinin yeni əməliyyatı başlanıb
    Mosulun qərbində İraq xalq qüvvələrinin yeni əməliyyatı başlanıb

İraqlı mənbələr İraq xalq qüvvələrinin İŞİD-ə qarşı yeni əməliyyatının başlanmasından xəbər veriblər.

İraqın Əlitticah telekanalının məlumatına görə, İraq xalq qüvvələrinin və müqavimət qüvvələrinin İŞİD-ə qarşı əməliyyatı Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin cənub-qərb istiqamətindən başlanıb.

İraq Hİzbullahı batalyonlarının komandirlərindən biri bildirib ki, xalq qüvvələrinin Mosul şəhərinin cənub-qərb istiqamətindəki əməliyyatında məqsəd, təkfirçi İŞİD qrupu üzvlərinin Suriyaya qaçmalarının qarşısını almaqdır.

Belə bir halda, Neynəva əməliyyatı komandanlığının üzvü Feysəl Basin xalq qüvvələrinin iştirakı ilə keçirilən hərbi əməliyyatda Mosulun qərbində daha üç kəndin İŞİD-in işğalından çıxarılmasından xəbər verib.

Həmçinin İraq müştərək əməliyyat komandanlığının sözçüsü general-mayor Yəhya Rəsul Küveytin rəsmi xəbər agentliyinə deyib: Mosulun azad edilməsi əməliyyatı dayanmayıb və iraqlı qüvvələr yenidən təşkilatlanmaq, yerləşmək, eləcə də İŞİD tərəfindən yaradılmış maneə və tələləri aradan götürməkdədirlər.

İraqda terrorizmlə mübarizə idarəsinin komandanı Əbdulqəni Əsədi də Mosulun azad edilməsi əməliyyatının dayandırılması xəbərini təkzib edib və deyib ki, bu xəbərlər düz deyildir.

İraqda ABŞ-ın başçılıq etdiyi anti-terrorizm koalisiyasının sözçüsü Con Duryan dünən Mosulun azad edilməsi əməliyyatının ikigünlük dayandırılmasından xəbər vermişdi.

Duryan Mosulun azad edilməsi əməliyyatının ikigünlük dayandırılmasının səbəbini, iraqlı qüvvələrin azad edilmiş məntəqələrdəki mövqelərinin təsbiti və bu məntəqələrin təmizlənməsi adlandırıb və bildirib ki, qüvvələrin münasib şəkildə yerləşmələrindən və onların ehtiyaclarının təmin olunmasından sonra Mosula doğru irəliləyiş bərpa ediləcək.

Teqlər