Okt 31, 2016 19:10 Asia/Baku
  • Mişel Oun
    Mişel Oun

Livanın yeni prezidenti deyib ki, Livanın işğalda qalan ərazilərinin israilli işğalçıların əlindən azad etmək üçün heç bir səyi əsirgəməyəcək.

Livanın əl-Məyadin televiziyasının məlumatına görə, Livanın yeni prezidenti Mişel Oun bazar ertəsi günü bu ölkə parlamentində and içdikdən sonra Livan ordusunun güclənməsini bu ölkənin prioriteti adlandırıb və Livan və regionda terrorçu və sionist qrupların məhvi üçün öncüllük metodu ilə səylərin davam etdirilməsini vurğulayıb.

Livanın yeni prezidenti deyib ki, Livanın işğalda qalan ərazilərinin israilli işğalçıların əlindən azad etmək üçün heç bir səyi əsirgəməyəcək.

Mişel Oun həmçinin bildirib: Suriyalı didərginlərin məsələsinin həlli mümkün sürətli zamanda zəruridir.

Mişel Oun bazar ertəsi günü prezidentliyin iki il yarım boşluğundan sonra Livanın 13-cü prezidenti olaraq bu ölkə parlamentində and içib.

Livan 2014-cü il 25 maydan Mişel Süleymanın prezidentlik dövrünün başa çatması ilə indiyə qədər siyasi boşluqla üzləşmişdi. Çünki bu ölkə siyasətçilərinin bir namizəd üzrə ixtilafı vardı. Bu ixtilaf ötən həftə Müstəqbəl Cərəyanının rəhbəri Səd Həriri ilə Mişel Oun arasında razılaşmadan sonra sona çatıb.

Livan qanunlarına əsasən, parlament sədri şiə, onun müavini ortodoks xristian, prezident maruni xristian və baş nazir sünni, parlament deputatları isə bərabər şəkildə müsəlmanlar və xristianlardan seçilir.

Teqlər