Noy 01, 2016 20:20 Asia/Baku
  • Livanın 13-cü prezidenti; Mişel Oun
    Livanın 13-cü prezidenti; Mişel Oun

Livan prezidenti Mişel Oun cümə axşamı günü yeni baş naziri bu ölkə parlamentinə təqdim edəcək. Oun ötən gün müddəti uzadılmayacaq 6 il müddətinə prezident seçilib. ABŞ Dövlət Departamentinin sözçüsü Livan prezidentinin seçilməsini təbrik etməkdən boyun qaçıraraq Hizbullahın regionda rolu və qərarlarından nigaran olduğunu bildirib.

Oun Livan prezidenti oldu. Bu 80 yaşlı məharətli siyasətçi parlamentin 127 səsindən 83 səsini qazandı. Belə ki, Livan nəhayət 29 aydan sonra prezidentə sahib oldu. O ilk nitqində, İsraillə mübarizəyə və suriyalılara dəstəyi vurğulayaraq dedi: Livan terrorizmlə mübarizədə aktiv rola malik olacaq.

Livan prezidenti Mişel Oun deyib:Terrorizmlə önləyici şəkildə mübarizə aparacağıq. Və önləyicilik və mübarizəni işlərin prioriteti edəcəyik ki, ona tam şəkildə qalib gələk.

Livan ordusunun sabiq komandanı, hazırda Hizbullahın müttəfiqi və Livanın Azad Cinahı partiyasının rəhbəri Mişel Ounun bu kiçik, lakin mürəkkəb ölkənin prezidenti seçilməsi vətəndaşların seçilməsi və dünya səviyyəsində müsbət qarşılama ilə yanaşı oldu.

Ekspertlərin fikrincə, təxminən yarım əsrdir Livanda aktiv rola malik olan Mişel Ounun önəmli vəzifəsi müxtəlif cinahlar və qruplar arasında həmahəngliyi yaratmaq olacaqdır.

İranın Livandakı sabiq səfiri Rəuf Şeybani bu haqda deyib: Mişel Ounun Livanın gələcək hökumətində siyasətlərin təyinedici və qərarverici tərəfi olmaqdan daha çox hiss olunur ki, prezidentlik vəzifəsinin önəmini nəzərə alaraq koordinator roluna malik olacaq.

Amma bu koordinatorluq rolu bir çox sərt mövqeləri tənzimləyə bilər, Livanın regionla bağlı rolunu təyin edə bilər, Mişel Oun bu vəzifəsi ilə Livanın hökumətinin siyasətlərini təyin edə bilər.

İndi Oun Livanın prezident kürsüsündə əyləşir. Həssas baş nazirlik kreslosuna əyləşmək üçün kimi parlamentə təqdim edəcəyini gözləmək lazımdır.

 

Teqlər