Türkiyə İraqın PKK ilə mübarizədə aciz olduğunu iddia edir
Noy 03, 2016 13:20 Asia/Baku
-
Mövlud Çavuşoğlu
Türkiyə xarici işlər naziri İraqın PKK ilə mübarizəyə qadir olmadığını iddia edib.
İSNA-nın məlumatına görə, Mövlud Çavuşoğlu çərşənbə günü İraq baş naziri Heydər əl-İbadini zəif siyasətçi adlandırıb və deyib: Əgər onun lazımi qüdrəti olsaydı, Mosulun terrorçuların əlinə düşməsinə icazə verməzdi.
Türkiyə xarici işlər naziri həmçinin iddia edib: İraqın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyi qədər Ankara üçün əhəmiyyətlidir.
Çavuşoğlu Türkiyə və İraqı iki dost və qardaş ölkə adlandırıb.
Türkiyə 2015-ci ilin sonlarından yüzlərlə hərbi qüvvəsini kürd peşmərgə qüvvələrinə təlim keçmək və terrorçularla mübarizə aparmaq bəhanəsi ilə qeyri-qanuni şəkildə Mosulun Bəşiqə bazasında yerləşdirib.