Türkiyə İraqın şimalındakı hərbçilərini başqa ərazilərə köçürür
-
Numan Kurtulmuş
Türkiyə hökumətinin sözçüsü bu ölkə rəhbərlərinin İraqın şimalındakı türk hərbçiləri başqa ərazilərə köçürmək qərarından xəbər verib.
İSNA-nın verdiyi məlumata görə Türkiyənin baş nazirinin müavini və Türkiyə hökumətinin sözçüsü Numan Kurtulmuş bu gün deyib: Rəsmi Ankara İraqın şimalında Bəşiqə bazasındakı hərbçilərini başqa ərazilərə köçürmək qərarına gəlib.
Türkiyə hökumətinin sözçüsü hərbçilərin köçürüləcəyi ərazilərə toxunmayıb.
2015-ci il yanvar ayında Türkiyə İraqın mərkəzi hökumətinin icazəsi olmadan bu ölkənin şimalında Bəşiqə bölgəsində hərbçilər yerləşdirdikdən sonra İraq ilə Türkiyə əlaqələrində gərginlik yarandı.
İraqın baş naziri rəsmi Ankaranın İraq ərazisində hərbi fəaliyyətlərini davam etdirməkdə israrlı olacağı təqdirdə iki ölkə arasında toqquşmaların baş verə biləcəyi ehtimalından xəbər vermişdir.