Livan prezidenti yeni hökuməti təşkil etmək üçün Səd Həririni seçib
Noy 03, 2016 18:21 Asia/Baku
Livan prezidenti Səd Həririyə yeni hökuməti təşkil etməsi üçün tapşırıq verib.
İRNA-nın verdiyi məlumata görə, Livan prezidenti General Mişel Oun əl-Müstəqbəl partiyasının sədrini baş nazir təyin edərək ona yeni hökuməti təşkil etməsi üçün tapşırıq verib.
General Oun müşavirlərinin tövsiyələri əsasında mümkün ən qısa zamanda yeni hökuməti təşkil etməkdə qərarlıdır.
Livan Hizbullahının dəstəklədiyi namizəd Mişel Oun 31 oktyabrda Livan parlamentinin səs çoxluğu ilə ölkənin prezidenti seçildi və dərhal prezident sarayında öz fəaliyyətinə başladı.
Livanın parlament sədri və İnkişaf və Azadlıq Fraksiyasının sədri Nəbih Berri bu gün səhərçağı Mişel Oun ilə görüşüb və sonra Səd Həririnin baş nazir təyin edilməsini dəstəklədiyini bildirib.