Ərdoğan: Avropa PKK-nın sığınacağına çevrilib
Noy 07, 2016 09:17 Asia/Baku
-
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bazar günü etdiyi çıxışında Avropanın PKK ilə bağlı siyasətlərini tənqid edib: "Avropa bu qruplaşma üzvlərinin sığınacağına çevrilib".
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan PKK yaraqlılarından əldə edilən ağır silahlara işarə edərək, deyib: PKK yaraqlılarından əldə edilən silahların hamısı Qərb istehsalıdır. Biz bu silahların PKK-nın əlinə necə keçdiyini soruşduğumuz zaman, onlar deyirlər ki, biz bu silahları İŞİD əleyhinə koalisiya qüvvələri üçün göndərmişik.
Ərdoğan Avropanın Türkiyə qarşısında sədaqətli olmadığını və öz öhdəliklərinə əməl etmədiyini bildirib.
Teqlər