Noy 07, 2016 16:44 Asia/Baku
  • Hadi Əl-Amiri
    Hadi Əl-Amiri

İraqda xalq könüllü qüvvələrinin komandanlarından olan Hadi Əl-Amiri deyib: Xalq könüllüləri Mosulu Suriyanın Rəqqə şəhərinə qovuşduran önəmli ərazini öz nəzarətlərinə alıblar.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, Hadi Əl-Amiri deyib: Xalq könüllüləri İraqın Mosul şəhərini Suriyanın Rəqqə şəhərinə qovuşduran əsas keçid məntəqəsini eləcə də həmin ərazidə yerləşən bir neçə strateji əhəmiyyətli kəndi azad ediblər. Əl-Amiri deyib: Strateji əhəmiyyətə malik olan bu məntəqəni ələ keçirdik və inşaallah bu keçiddən Mosul və yaxud Tələfərə doğru irəliləmək üçün faydalanacağıq, bu yol Mosulu Suriyanın Rəqqə şəhərinə qovuşduran yeganə şose yoludur. Allaha şükürlər olsun ki qəhrəman mücahidlər bu əraziləri tamamilə öz nəzarətlərinə alıblar. 

Teqlər