Türkiyə hərbçilərinin İraqın şimalında qalmasına təkid edib
-
Ömər Çelik
Türkiyənin Avropa məsələləri üzrə naziri Tükiyə hərbçilərinin İraqın şimalındakı fəaliyyətlərinin davam edəcəyini vurğulayıb.
Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, Ömər Çelik Ankarada keçirilən mətbuat konfransında deyib: Biz İraqla əlaqələrin kəsilməsini istəmirik, İraq dövləti və xalqının dəvəti əsasında Bəşiqə bazasına getdik və məqsədlərimiz reallaşanadək bu bazada fəaliyyətimizi davam etdirəcəyik. Türkiyə iraqlılar və suriyalıları müdafiə edir və bu iki ölkədə heç bir mənafeə malik deyil. Türk nazir deyib: Türkiyənin silahlı qüvvələri İŞİD qrupu ilə mübarizə məqsədi ilə Türkiyə sərhədlərindən kənarda öz əməliyyatlarını davam etdirəcək, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya İŞİD qarşısında müqavimət göstərə bilmədi amma Türkiyə bunun öhdəsindən gəldi və özünün cənub sərhədlərini İŞİD üzvlərindən təmizlədi.