Noy 09, 2016 11:58 Asia/Baku
  • Mosulun mərkəzinə gedən yollar nəzarətə alınıb
    Mosulun mərkəzinə gedən yollar nəzarətə alınıb

İraqın xalq səfərbər qüvvələrinin komandanlarından olan Əbu Mehdi Mühəndis bu qüvvələrin Mosul şəhərinin mərkəzinə gedən yolların hamısını nəzarətə almasından xəbər verib.

Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, Əbu Mehdi deyib: Qaim şəhəri və Əl-Ənbar vilayətinin qərbinə gedən yolların təmizlənilməsindən ibarət olan növbəti mərhələ yekunlaşıb. 

Əbu Mehdi deyib: Əməliyyatın 3-cü mərhələsi 24 saatadək başlanacaq. İlk mərhələ isə Beycinin şimalından Qəyarəyədək yollar və kəndlərin təhlükəsizliyinin təminindən ibarət olmuşdur. Bu mərhələdə Xalq Səfərbər Qüvvələri 105 kvadrat kilometr ərazini əhatə edən 65 kəndi İŞİD terrorçularının işğalından azad etmişdir. 

Teqlər