Türkiyə polisi Vanda etiraz aksiyasını dağıtdı
Noy 17, 2016 19:18 Asia/Baku
Türkiyə polisi Van şəhərinin bələdiyyə başqanı Bəkir Kayanın həbs edilməsinə etiraz olaraq aksiya keçirən insanları dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan və su şırnağından istifadə edib.
Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə polisi Van şəhərinin bələdiyə başqanı Bəkir Kayanı həbs edib. Bu xəbərin yayılmasının ardınca narazı insanlar küçələrə axışaraq, Bəkir Kayanın həbs edilməsinə etiraz olaraq aksiya keçiriblər.
Bəkir Kaya ötən günlər ərziində PKK terror qruplaşması ilə əməkdaşlıqda ittiham və həbs edilən 3-cü bələdiyyə başqanıdır.