Noy 19, 2016 12:28 Asia/Baku
  • İraqlı qüvvələr Mosulun cənubunda irəliləyiblər
    İraqlı qüvvələr Mosulun cənubunda irəliləyiblər

İraq federal polisinin komandanı Mosulun cənub mehvərinin İŞİD terrorçularından təmizlənməsindən xəbər verib.

IRNA-nın məlumatına görə, İraq federal polisinin komandanı general-leytenant Raid Şakir Cəudət deyib: İraqlı qüvvələr ərazisi təqribən iki min kvadrat kilometr olan Mosulun cənub mehvərini geri ala biliblər. Onlar həm də İŞİD-in bütün istehkamlarını məhv edərək, Mosul şəhərinin darvazalarına çata biliblər.

Raid Şakir Cəudət bildrib ki, iraqlı qüvvələr Mosul hava limanı və Əlqəzlani qarnizonunu geri almağa çalışırlar.

İraq federal polisinin komandanı həmçinin iraqlı qüvvələrin Mosulun azad edilməsi əməliyyatındakı nailiyyətlərinə toxunaraq, deyib: Bu müddətdə təqribən on bir min iraqlı ailə İŞİD-in əlindən xilas olaraq, təhlükəsiz məntəqələrdə məskunlaşıblar. Onlara humanitar yardımlar göstərilibdir.

İŞİD terrorçuları özlərinin ardıcıl məğlubiyyətlərindən, eləcə də iraqlı qüvvələrin Mosulun müxtəlif mehvərlərindəki amansız irəliləyişlərindən qaçmaq üçün iraqlılardan insan sipəri kimi istifadə edirlər.

İraqın ordusu, xalq qüvvələri, peşmərgə qüvvələri və bu ölkənin mərkəzi polisindən ibarət müştərək iraqlı qüvvələr bu ölkə ordusunun hava qüvvələrinin himayəsi altında cari ilin 17 oktyabrından Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatına başlayıb və nəzərəçarpacaq uğurlar qazanıblar.

Mosulun azad edilməsi əməliyyatının başlanması ilə İŞİD-in Neynəva vilayətindəki cinayətləri də artıbdır.

 

Teqlər