Noy 20, 2016 19:53 Asia/Baku
  • Kərbəlada Hüseyn(ə) şövqü

Hüseyn(ə) Ərbəini günündə Kərbəla müsəlmanların birliyini göstərən bir sərgiyə çevrildi və Beynulhərəmeyn müxtəlif ölkələrdən olan müxtəlif xalq kütlələri ilə doludur.

Bu gün, səfər ayının 20-si- Hüseyn(ə) Ərbəini günü, Beynulhərəmeyndə Seyyidüşşühəda(ə) zəvvarlarının əzadarlığının kulminasiya nöqtəsidir. Bu əzadarlıq aşurayi və hüseyni mərifətlə yanaşı olub.

Kərbəlada aşurayi növhələr böyük bir şövq yaradıbdır. Çadırlardan və İmam Hüseyn(ə)-ın ziyarətgahına gedib çıxan küçələrədək hər bir forma və dildə hüseyni bir məclis qurulubdur.

"Təriq-əl-Hüseyn" şose yolu kimi tanınan səksən kilometrlik Nəcəf-Kərbəla yolu şövq içindədir və zəvvarların bu yoldakı həddən artıq izdihamına rəğmən, Hüseyn(ə) zəvvarları özlərini Kərbəlaya çatdırmaq və Hüseyn(ə) Ərbəini mərasimində iştirak etməyə çalışırlar.

İmam Hüseyn(ə) əzadarlarının Nəcəf-Kərbəla yolunda əzəmətli Hüseyn(ə) Ərbəini piyada yürüşündə iştirakı, çoxlu sayda zəvvarı vəsfolunmaz şövqlə müqəddəs Kərbəlaya çatdıran sonsuz hüseyni cazibədarlığının təkcə bir hissəsidir.

Teqlər