Noy 21, 2016 21:47 Asia/Baku
  • Türkiyə polisinin PKK ilə mübarizəsi davam edir
    Türkiyə polisinin PKK ilə mübarizəsi davam edir

Türkiyədə PKK yandaşlarına qarşı mübarizənin davamında bu ölkə polisi bir neçə kürd siyasətçini və Mardin bələdiyyə başqanını həbs edib.

Röyters-in məlumatına görə, tanınmış kürd siyasətçi Əhməd Türk PKK ilə mübarizə çərçivəsində Türkiyə polisi tərəfindən saxlanılıb.

Əhməd Türk ilk dəfə olaraq 1973-cü ildə Mardin əyalətindən Türkiyə Böyük Millət Məclisinə nümayəndə olaraq daxil olmuş və 2015-ci ilə qədər deputatlıq kürsüsünü qorumuşdur.

Mardini əyalətinin bələdiyyə başqanlarından olan Əmin Irmaq da terrorizm ilə mübarizə çərçivəsində Türkiyə polisi tərəfindən saxlanılıb.

İndiyə kimi Türkiyənin kürd sakinli məntəqələrində 34 bələdiyyə başqanı həbs edilib və ya tutduğu vəzifədən kənarlaşdırılıb.

2 həftə öncə Xalqların Demokratik Partiyası(HDP) başkanı Səlahəddini Dəmirtaş da Diyarbəkirdə polis tərəfindən saxlanılmışdı.

Bu partiyanın digər rəhbər üzvü Figən Yüksəkdağ da Ankarada istintaqa cəlb edilib.

HDP liderləri terrorçu PKK qruplaşmasını himayə etmək, təbliğ etmək və bu qruplaşmaya dəstək verməkdə ittiham edilirlər.

 

 

Teqlər