Sionist rejimin anti-İran iddiası rədd edilib
-
Sionist rejimin anti-İran iddiası rədd edilib
Livanın "Rəfiq Əlhəriri" beynəlxalq hava limanının direktoru sionist rejimin İran İslam Respublikasına qarşı iddiasını rədd edib.
Livanın Əlminar xəbər kanalının məlumatına görə, bu ölkənin "Rəfiq Əlhəriri" beynəlxalq hava limanının direktoru Fadi Əlhəsən bir bəyanat yayaraq, sionist rejimin anti-İran iddiasını rədd edib və bildirib ki, sionist düşmənin İranın hava şirkətlərindən birinin "Rəfiq Əlhəriri" beynəlxalq hava limanı vasitəsilə Hizbullaha silah və sursat göndərməsinə dair iddiası ağ yalan və əsassızdır. Əlhəsən sionist rejimin bu məsələdə güddüyü məqsədi, Livana xələl gətirmək adlandırıb.
"Tayms İsrail" xəbər portalı ötən çərşənbə axşamı günü bildirmişdi ki, sionist rejimin BMT-dəki nümayəndəsi Dani Danon Təhlükəsizlik Şurasının üzvlərinə məktub göndərib və onda iddia edibdir ki, İran və Suriya və Livana gedən ticarət təyyarələrindən Hizbullaha silah göndərilməsi üçün istifadə edir.
İran İslam Respublikası da bu ittihamı rədd edibdir.
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Qolamhüseyn Dehqani bu təşkilatın baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə məktub göndərərək, sionist rejim nümayəndəsinin məktubuna cavab verib və bildirib ki, sionist rejim nümayəndəsinin anti-İran iddiaları əsassızdır.