Suriya və Livandakı fələstinli didərginlərin pis şəraiti
-
Suriya və Livandakı fələstinli didərginlərin pis şəraiti
Fələstin muxtariyyətinin başçısı Fəth təşkilatının Suriya və Livandakı nümayəndələri ilə görüşərək, bu iki ölkədə yaşayan fələstinli didərginlərin vəziyyəti və həyat şəraitindən xəbərdar olub.
Qüds xəbər agentliyinin məlumatına görə, Fəth təşkilatının Suriyadakı nümayəndələri Ramullahda bu təşkilatın 7-ci qurultayının keçirilməsi gedişində Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas ilə görüşdə bildiriblər ki, sayı 450-560 min olan Suriyadakı fələstinli didərginlər pis şəraitdə yaşayırlar.
BMT-nin Yardım və Əmək Təşkilatı-UNRWA-nın məlumatına görə, Suriyadakı fələstinli didərginlərin üçdə iki hissəsi bu ölkədəki terror qrupları tərəfindən yaradılmış şəraitin ardınca sığınacaqsız qalıb və onların minimum 95%-i humanitar yardımlara ehtiyaclıdır.
Fəth təşkilatının Livandakı nümayəndələri də Fələstin muxtariyyətinin başçısı Mahmud Abbas ilə görüşüblər. Bu görüşdə Livandakı fələstinli didərginlərin yaşayış səviyyəsinin yaxşılaşmasına səy göstəriləməsinə təkid olunub.
400 mindən çox fələstinli didərgin Livanda yerləşən 12 düşərgədə qalır. Bütövlükdə beş milyon yarımdan çox fələstinli sionist rejimin işğalçılığı nəticəsində öz vətənindən didərgin düşübdür.