İraq ordusunun tələfatı haqda BMT-nin yalanı
-
İraq ordusunun tələfatı haqda BMT-nin yalanı
İraq Müharibəsi üzrə İnformasiya Qərargahı BMT-nin Bağdaddakı ofisi tərəfindən iraqlı qüvvələrin İŞİD-ə qarşı əməliyyatı barədə yalan xəbərlərin yayılmasını təbliğat xarakterli adlandırıb.
Əlaləm telekanalının məlumatına görə, İraq Müharibəsi üzrə İnformasiya Qərargahı bildirib: Bir daha BMT-nin Bağdaddakı ofisi şişirdilmiş rəqəmlər, qeyri-düzgün informasiyaları əhatə edən qeyri-dəqiq məlumatlar yayıb və bunlar medialarda əks etdirilibdir.
İraq Müharibəsi üzrə İnformasiya Qərargahı əlavə edib: Noyabr ayında həlak olmuş iraqlı qüvvələrin sayını 1959 nəfər elan etmiş BMT-nin hesabatı terrorçuların maraqları çərçivəsində atılan addımdır.
İraq Müharibəsi üzrə İnformasiya Qərargahı bütün mediaları xəbərlərin yayılmasında diqqətli olmağa və informasiyaları rəsmi mənbələrdən əldə etməyə çağırıb və İŞİD terrorçularının xeyrinə olan saxta xəbərlərin yayılması haqda xəbərdarlıq edib.
İraq Müharibəsi üzrə İnformasiya Qərargahı həmçinin didərginlərin geri dönmələri əməliyyatı haqda da məlumat verib və bildirib ki, didərginlərin azad edilmiş məntəqələrə geri dönmələri əməliyyatı BMT-nin köməyi ilə və dəqiq proqramlaşdırma əsasında davam edir.