Suriya, Liviya və Yəmənin tarixi ekspanatları İsveçrədə tapılıb
İsveçrə rəsmiləri Suriya, Liviya və Yəmənin tarixi ekspanatlarının Qətər və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən oğurlanmasını ifşa ediblər.
Yəmənin Əl-Mötəmər.net xəbər agentliyinin verdiyi məlumata görə, İsveçrə rəsmiləri bildiriblər ki, Suriyanın Palmira tarixi şəhərindən eləcə də Liviya və Yəməndən oğurlanmış tarixi ekspanatlar Cenevrədə zəbt edilib.
Cenevrənin baş prokurorluğu oğurlanmış tarixi ekspanatların çoxunun Qətər ölkəsindən İsveçrəyə gətirildiyini bildirərək deyib: 3-4-cü milad əsrlərinə aid olan oğurlanmış tarixi əşyarar barədə cinayət işinə başlanılıb.
Hal-hazırda Cenevrənin sənət və tarix muzeyinin nəzarətində olan tarixi əşyalar Suriya, Yəmən və Liviyaya qaytarılacaq.
Suriyanın Palmira şəhəri 2015-ci ildə İŞİD terrorçuları tərəfindən işğal edildi, bu hadisə beynəlxalq ictimaiyyəti yaşı iki min ilə çatan ərazidəki tarixi abidələr və ekspanatlar barədə nigaran etdi.
Terrorçular Suriya, Yəmən və Liviyada bir çox cinayətlər törətməklə yanaşı bu ölkələrin bir çox muzeylərini qarət ediblər yaxudda dağıdıblar.