İmam Həsən Əsgəri(ə)-ın şəhadətinin ildönümü günündə Samirra şəhərində əzadarlıq
Dünya şiələrinin 11-ci imamının şəhadətinin ildönümü günündə İraqın Samirra şəhərində imameyn Əsgəriyeyn(ə) hərəmi ismət və paklıq Əhli-Beyti(ə) tərəfdarlarından minlərlə nəfəri qəbul edib.
IRNA-nın məlumatına görə, İraqın dövlət televiziyasının milyonluq ziyarət adlandırdığı bu ölkənin daxili və xaricindən gəlmiş çoxlu sayda zəvvar bu gün səhərin ilk saatlarından Səlahəddin vilayətinin Samirra şəhərinə gələrək, İmam Həsən Əsgəri(ə)-ın şəhadətinin ildönümü günündə əzadarlıq edib.
Aralarında iranlı zəvvarların da olduğu xarici və iraqlı zəvvarlar imameyn Əsgəriyeyn(ə) hərəmini ziyarət edərək, bu münasibətlə pak hərəmin daxili və ətrafında keçirilməkdə olan əzadarlıq mərasimlərində iştirak ediblər.
İraqın ordu və təhlükəsizlik qüvvələri terrorçuların ehtimal olunan hücumları ilə mübarizə məqsədilə xüsusi təhlükəsizlik tədbirləri görüblər.
Bu gün, 1438-ci hicri qəməri ili, rəbiuləvvəl ayının səkkizi və 2016-cı milad ili dekabrın səkkizi, imamət və vilayət səmasının on birinci ulduzu- İmam Həsən Əsgəri(ə)-ın şəhadətinin ildönümü günüdür.
260-cı h.q. ili rəbiuləvvəl ayının səkkizində İslamın əziz Peyğəmbəri(s.ə.s)-in pak övladlarından olan İmam Həsən Əsgəri(ə) İraqın şimalında yerləşən Samirra şəhərində şəhid edildi.