Dek 09, 2016 11:19 Asia/Baku
  • İraqlı qüvvələr Mosulun şərq məhəllələrinin yarısına nəzarəti ələ keçiriblər
    İraqlı qüvvələr Mosulun şərq məhəllələrinin yarısına nəzarəti ələ keçiriblər

İraqlı qüvvələr Ələlam məhəlləsini də terrorçuların işğalından azad etdiksən sonra, Mosulun şərq məhəllələrinin təqribən 50%-dən çox terrorçuların nəzarəti altından çıxarılıb.

Rusiya Əlyəum informasiya kanalının verdiyi məlumata görə, Mosulun şərq hissəsinin təqribən yarısı artıq iraqlı qüvvələrin nəzarəti altına keçib. İraqın Terrorizm ilə Mübarizə Təşkilatının əməkdaşları artıq 24 məhəlləyə nəzarəti təmin ediblər. İraq ordusunun 9-cu zirehli bölməsi isə şəhərin daxilində 9 məhəlləni ələ keçirməyə nail olub. Bununla da Mosulun şərqində y erləşən 56 məhəllədən 32-si artıq tam şəkildə iraqlı qüvvələrin nəzarəti altındadır. 

Mosulun azad edilməsi əməliyyatı şəhərin daxilində, sivil əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə, son dərəcə böyük ehtiyatla davam etdirilir. 

İraq Parlamentinin üzvlərindən olan Həbib Tərəfi Rusiya Əlyəum informasiya kanalına verdiyi müsahibədə deyib: "Mosulda gedən döyüşlər, nizamlı ordular arasında gedən döyüşlərdən fərqli olaraq, partizan döyüşləridir. Buna görə də savaşı mövcud informasiyalar əsasında başa çatdırmaq mümkün deyil. Əlbəttə, Allahın lütfü sayəsində savaşın baş nazir tərəfindən təyin edilmiş zamandan daha artıq uzanmasına icazə verməyəcəyik və qarşıdan gələn aylar ərzində Mosul savaşı başa çatacaq."

Digər tərəfdən, Həşdüşşəbi qüvvələri Mosulun cənub-qərbində yerləşən Təl-Əbtə məntəqəsini mühasirəsini daha da gücləndirərək, bu məntəqənin ətraf məntəqələr ilə əlaqəsini tam şəkildə kəsiblər. Bu da Təl-Əbtə məntəqəsinin azad edilməsi üçün endiriləcək yekun zərbənin yaxın olduğunu deməyə əsas verir. Hazırda bir neçə istiqamətdə döyüşlər aramsız olaraq davam edir. 

İraq Parlamentinin üzvü Həsən Xəllati bu barədə deyir: "İrəliləyişin zəif olmasının səbəbi mülki əhaliyə göstərilən diqqətə görədir. Biz bu gün Neynəva əhalisini girov götürmüş terror qrupları ilə savaşırıq. Buna görə də, iraqlı qüvvələr son dərəcə ehtiyatlı hərəkət edirlər və mülkinin zərər çəkməməsinə diqqət göstərirlər."

Mosulun daxilində hərbi əməliyyatların son dərəcə diqqət və ehtiyatla həyata keçirildiyi tamamilə aydındır. Hərbi komandanların dediklərinə görə, bunun səbəbi şəhər sakinlərinin həyatını təhlükəyə atmamaqdır. Buna görə də, iraqlı qüvvələr Mosulda İŞİD-in işini bitirmək üçün partizan döyüşlərinə üz tutaraq, terrorçulara taktiki zərbələr endirirlər. 

Teqlər