Mosul əməliyyatının ilk mərhələsi uğurla başa çatıb
İraqda terrorizmlə mübarizə qüvvələrinin komandanı Neynəva vilayətinin azad edilməsi əməliyyatının ilk mərhələsinin uğurla başa çatmasından xəbər verib və belə deyib: Bu əməliyyatın ikinci mərhələsi Dəclə çayına çatmaq hədəfilə həyata keçiriləcək.
Təsnim xəbər agentliyinin məlumatına görə, İraqda terrorizmlə mübarizə qüvvələrinin komandanı general Əbdulqəni Ələsədi dünən Əlsuməriyyə telekanalı ilə müsahibədə deyib: Bizim Əltamim məntəqəsinə və yerdə qalan Birinci Qadisiyyə məntəqələrinə yiyələnməyimiz ilə Neynəva vilayətinin azad edilməsi əməliyyatının ilk mərhələsi başa çatıbdır.
General Əbdulqəni Ələsədi sonra belə qeyd edib: Yalnız bir neçə mühasirə olunmuş məntəqə qalıbdır ki, şənbə günü təmizlənəcəkdir.
Ələsədi ötən günlər ərzində əldə olunmuş uğurlardan razılıq edərək, deyib: İraqlı qüvvələr bu əməliyyatda uğurla hərəkət ediblər. Belə ki, İŞİD terror qrupu uğursuzluğunu tamamilə hiss edibdir.
Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin azad edilməsi əməliyyatı İraqın baş nazirinin fərmanı ilə oktyabrda başlayıb və indiyədək bu vilayətin geniş hissələri azad edilibdir.