Dek 13, 2016 11:41 Asia/Baku
  • İraq ordusunun Mosulun şərq istiqamətindəki uğurları davam edir
    İraq ordusunun Mosulun şərq istiqamətindəki uğurları davam edir

İraq ordusu Mosulun şərqində Tamim magistral yolu və Əssənaə kəsişməsinə nəzarəti təmin edib.

Əl-Aləm telekanalının verdiyi məlumata görə, İraqın terrorizm ilə mübarizə qüvvələri dünən gecə Mosulun şərqində bir sənaye məntəqəsi və avtomobil satışı mərkəzini də İŞİD terrorçularının nəzarətindən tam çıxarıblar. 

Bu məlumata görə, iraqlı qüvvələr bu qələbənin ardınca Ənnəbi Yunis məntəqəsinin girişi hesab olunan Babüşşəms məntəqəsinin azad edilməsi əməliyyatına start verəcəklər. 

Terrorçu İŞİD qrupu Babüşşəmsin yaxınlığında yerləşən Əl-Cəzayir və Kəracəşşimal məntəqələrinin sakinlərini öz evlərini tərk etməyə məcbur edirlər. 

İraqın Federal Polisinin komandanı Raid Şakir Codət də bir neçə minlik qüvvənin Mosulun şərqində İŞİD-ə qarşı əməliyyatlara qatılmağa hazır olduğunu deyib. İraqlı komandan bildirib: Bu qüvvələr İŞİD-i məğlub etmək üçün hücumlara başlamaq və Mosulun şərqini tamamiylə terrorçulardan təmizləmək üçün baş komandanların əmrini gözləyirlər. 

Neynəva əməliyyatının komandanı Əbdül-Əmir Yarallah da deyib: İraqın xalq səfərbər qüvvələri(Həşdüşşəbi) Mosulun qərbində 6 kəndi terrorçulardan tam təmizləyiblər. 

Bu əməliyyatda onlarla İŞİD ünsürü öldürülüb, terrorçuların bomba ilə doldurulmuş 9 avtomobili məhv edilib. 

İraqın xalq səfərbər qüvvələri İŞİD ünsürlərinin mühasirəsində olan Təlli-Əbtə bölgəsinin qərbində Yasin Həlbus kəndində yaşayan 450 ailəni xilas ediblər. 

Eyni zamanda İraqın Bədr təşkilatı Mosulun cənubunda 3 kəndin azad edilməsini bildirərək qeyd edib ki, bu kəndlərin azad edilməsi əməliyyatında 163 mülki azad edilib, partlayıcı maddələr istehsal edən bir emalatxana aşkara çıxarılıb. 

Teqlər