Sionist qırıcılar Livanın hava məkanını pozublar
Livan ordusunun komandanlığı bildiribdir ki, sionist rejimin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə sadiq qalmamasının davamında sionist qırıcılar Livanın hava məkanını pozublar.
IRIB-nin məlumatına görə, Livan ordusunun ictimai əlaqələr bölməsi bir bəyanatda bildiribdir ki, sionist qırıcılar çərşənbə günü Livanın cənubundakı Əlnaqurə, Kəfər Kəla və Uləma Əlşəəb kəndləri, həmçinin Beyrut, Şika və Rəmiş məntəqələrinin hava məkanlarına daxil olublar.
Livanın cənubundakı BMT sülhü mühafizə qüvvələri sionistlərin bu təcavüzünə bir reaksiya göstərməyiblər.
BMT-nin Təhlükəsizlik Şurasının siionist rejimin 2006-cı ildə Livanla 33 günlük savaşından sonra qəbul etdiyi qətnamə sionist rejimi Livana qarşı düşmənçilik hərəkətlərindən çəkinməyə çağırır, amma bu rejim həmin qətnaməyə məhəl qoymadan daim Livanın hava, quru və dəniz məkanını pozur.