Netanyahu Qüdsün mərkəzi və şərqində fələstinlilərin mənzillərinin dağıdılmasına göstəriş verib
Sionist rejim baş naziri icazənin olmaması bəhanəsi ilə Qüdsün mərkəzi və şərq hissələrində yaşayan fələstinlilərin mənzillərinin dağıdılmasına göstəriş verib.
Fələstinin MƏA İnformasiya Agentliyinin məlumatına görə, sionist rejim baş naziri Benyamin Netanyahu icazənin olmaması bəhanəsi ilə əl-Niqəb və işğal olunmuş Qüdsdə fələstinlilərin mənzillərinin sökülməsinə göstəriş verib.
1967-ci il müharibəsindən və Fələstin ərazilərinin işğalından sonra əsasən İordan çayının qərb sahili və Beytül-Müqəddəsin şərqində 230-dan çox qəsəbədə yarım milyondan çox sionist yerləşdirilib.
BMT və dünyanın bir çox ölkəsi Cenevrə konvensiyasına əsasən işğal olunmuş ərazilərdə sionist rejim tərəfindən istənilən tikinti işlərinin aparılmasını qeyri-qanuni adlandırır.