"İsrail" Fələstin intifazəsinə mane olmaq istəyir
-
\"İsrail\" Fələstin intifazəsinə mane olmaq istəyir
Sionist işğalçılar sadəcə həyatda olan fələstinlilər deyil, dünyasını dəyişmiş fələstinlilərə qarşı da cinayət törətməkdədirlər. Sionistlər şəhidlərin cənazələrini təhvil verməmək siyasətinə keçiblər.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, minlərlə fələstinli, cənazələrinin sionist rejim tərəfindən təhvil verilməsinin 3 aydan çoxdur yubadıldığı 7 fələstinli şəhidin cənazəsini İordan çayının qərb sahilində Əl-Xəlil şəhərində torpağa tapşırıblar. Dəfn mərasimi dünən keçirilib. 3 aydan çoxdur şəhdi övladının cənazəsini gözləyən şəhid valideynlərindən biri də Musa Xuzurdur. Onun şəhid oğlu Fəras Xuzurun cənazəsi 3 aydır ki işğalçı sionistlərin morqunda saxlanılırdı.
Şəhid atası deyir: Beynəlxalq səviyyədə cəsədlərin müsadirə edilməsi qadağandır. Minlərlə fələstinli işğalçı sionistlər tərəfindən ailələrinə təhvil verilmiş digər 6 şəhidin cənazəsi ilə bərabər şəhid Fəras Xuzurun cənazəsinin dəfn mərasimində iştirak etdi.
Fələstinlilər bu möhtəşəm dəfn mərasimində cəsədlərin təhvil verilməsindən çəkinmə siyasətinə son qoyulmasını istədilər, onlar başqa 20 fələstinli şəhidin də cənazələrinin verilməsini istəyiblər.
Bəni Nəimin bələdiyyə sədri Mahmud Münasirə deyib: Cəsədlərin saxlanılması cinayətdir və insan haqlarına etinasızlıq. Bütün insan haqları təşkilat və qrumlarından İsraildə saxlanılan digər şəhidlərin də cənazələrinin müsəlman qaydasında dəfn edilməsi üçün təhvil verilməsinə səy göstərmələrini istəyirik.
Şəhidlərini cənazələrinin təhvil verilməsindən çəkinmək sionist rejimin fələstinlilərin intifazəsinin qarşısını almaq məqsədi ilə həyata keçirdiyi cəhdlər sırasındadır.