Dek 19, 2016 15:42 Asia/Baku
  •  100 mindən çox sakin Mosulu tərk edib
    100 mindən çox sakin Mosulu tərk edib

Beynəlxalq Mühacirət Təşkilatı dünən bildirib ki, İraq qüvvələrinin Mosulun İŞİD terrorçularının işğalından azad edilməsi əməliyyatına start veriləndən bəri 100 mindən çox sakin bu şəhəri tərk edib.

FransPress-in verdiyi məlumata görə, Mosulda toqquşmaların başlanmasından sonra 102 min şəhər sakini öz ev-eşiklərini tərk edərək Ərbil və Kərkükdə salınmış didərgin düşərgələrinə köçürülüblər. 

Təşkilat həmçinin İŞİD-in hücumları nəticəsində Mosul şəhərinə vurulan ekoloji ziyanlardan nigarançılığını bildirərək bu şəhər sakinlərinin sağlamlığının təhlükədə olacağı barədə xəbərdarlıq edib. 

Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin İŞİD terrorçularının işğalından azad edilməsi əməliyyatına Oktyabr ayında İraqın baş nazirinin əmri ilə start verildi və indiyədək bu şəhərin böyük hissəsi azad edilib. 

Teqlər