Dek 23, 2016 13:53 Asia/Baku
  • İraqlı qüvvələr Mosulun azad edilməsi əməliyyatının 2-ci etapını icra etməyə hazırdırlar
    İraqlı qüvvələr Mosulun azad edilməsi əməliyyatının 2-ci etapını icra etməyə hazırdırlar

İraq ordusu iraqlı qüvvələrin Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatının 2-ci etapını icra etməyə hazır olduqlarını bildirib.

IRIB-nin məlumatına görə, Neynəva əməliyyatının komandanı Nəcm Əlcəburi bu gün bildirib ki, iraqlı qüvvələr tam şəkildə Mosulun azad edilməsi əməliyyatının 2-ci etapını icra etməyə hazırdırlar. O, əlavə edib: İraqlı qüvvələr bütün istiqamətlərdə tam hazır vəziyyətdədirlər ki, İŞİD terror qrupuna qarşı yeni əməliyyata başlasınlar.

İraq Ali İslam Məclisinin sədri Seyid Əmmar Həkim də dünən deyib ki, Neynəva vilayətinin azad edilməsinə az qalır.

Belə bir halda, iraqlı təyyarələr dünən Mosulda İŞİD-in nəzarəti altında olan məntəqələrdə 4 milyon vərəqə yayıblar.

Bu vərəqələrdə bütün İraq xalqının Mosul əhalisi ilə həmrəy olduğu və ona dəstək verdiyi vurğulanıb.

Mosulun azad edilməsi əməliyyatı İraqın baş nazirinin fərmanı ilə 2016-cı il oktyabrın 17-də başlanıb.

Teqlər