Mosulda İŞİD-in başçılarından ikisi öldürülüb
İraq qüvvələrinin Mosulun azad edilməsi əməliyyatının yeni etapına hazırlaşdığı bir zamanda onlar dünən axşam Mosulun şimalında yerləşən polis akademiyasını İŞİD-in işğalından azad ediblər.
İraq qüvvələrinin Mosuldakı əməliyyatında həmçinin terrorçu İŞİD qrupunun iki başçısı da məhv edilib.
Əl-Aləm telekanalı İraq televiziyasına istinadla bildirib ki, İraqlı qüvvələr bu əməliyyatda polis akademiyasını terrorçulardan azad edərək həm də şəhərin şərqində yerləşən avtomobillərin nömrəsinin hazırlanması mərkəzi və Mosul sement zavodunu azad ediblər və terrorçuları ağır itkiyə məruz qoyublar.
Eyni zamanda İŞİD-in Mosul üzrə təhlükəsizlik başçısı Əbu-Seyf bu terrorçu qrupun digər komandanı Əbu-Əyyub Əl-Qüreyşi ilə birlikdə İraq qüvvələrinin raket hücumunda ölüb.