İsrailin daxilində Netanyahuya baş nazirlik postundan getməsi üçün təzyiqlər artır
-
İsrailin daxilində Netanyahuya baş nazirlik postundan getməsi üçün təzyiqlər artır
İsrail Knessetinin üzvü və sabiq xarici işlər naziri Tzipi Livni hazırkı baş nazir Benyamin Netanyahunu BMT-nin Təhlükəsizlik Şurasında İsrail əleyhinə qətnamənin qəbul edilməsində başlıca müqəssir tərəf adlandıraraq, onun iqtidardan getməsini qəruru hesab edib.
Fələstin Əlyəum informasiya portalının verdiyi məlumata görə, Tzipi Livni həmçinin, Netanyahunun Ukraynanın baş naziri Volodimir Qroysman ilə görüşü ləğv etməsinə reaksiya olaraq deyib: Netanyahunun rəftarları Təl-Əvivin təcrid olmasına səbəb olur və bu qərar əsasında BMT TŞ-də İsrail əleyhinə olan qətnamənin lehinə səs verən bütün ölkələr ilə əlaqələri kəsməliyik.
BMT-nin Təhlükəsizlik Şurasında İsrailin Fələstin ərazilərində qanunsuz yaşayış massivləri salması əleyhinə olan qətnamənin təsdiq edilməsi sionist rejim başçılarının qəzəbinə səbəb olub.
Ukraynanın BMT TŞ-nin qeyri daimi üzv olaraq bu qətnamənin lehinə səs verməsinin ardınca, İsrailin baş naziri Benyamin Netanyahu Ukraynanın baş naziri Volodimir Qroysmanın Təl-Əvivə səfər proqramını ləğv edib.