Trampın seçilməsi ilə İsrailin qanunsuz qəsəbə salma siyasəti sürətlənib
-
Trampın seçilməsi ilə İsrailin qanunsuz qəsəbə salma siyasəti sürətlənib
İsrail mediaları Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Qərb Sahilində yeni yaşayış massivlərinin salınması prosesinin sürətlənməsindən xəbər veriblər.
İRNA-nın verdiyi məlumata görə, sionist Haaretz qəzeti yazır: 2016-cı ilin əvvəlindən İsrail başçıları 1506 yeni mənzilin inşa edilməsi ilə razılaşıblar. Və təqribən 1000 yeni mənzilin inşa edilməsi ilə bağlı razılıq Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra əldə edilib.
Haarets qəzeti daha sonra yazır: Sionist qəsəbələrin planlaşdırılması və inşa edilməsi komitəsi cari həftədə 600 yeni mənzilin inşa edilməsi ilə razılaşıb və bu komitənin Beytül-Müqəddəsin 2 məntəqəsində daha 618 mənzilin inşa edilməsini lisenziyalaşdırması qərara alınıb.
Haarets qəzeti bir qrup sionist sərmayə sahibinin Ölü dənizinin şimal sahili boyunca kənd təsərrüfatı sahəsində investisiya qoymasından xəbər verərək, İsrailin təhlükəsizlik qüvvələrinin fələstinlilərə bu ərazilərə daxil olmaq icazəsi vermədiklərini bildirib.
Bundan öncə də İsrail mediaları Qərb Sahilində və işğal edilmiş Fələstin ərazilərində fələstinlilərin evlərinin dağıdılması əməliyyatının 2016-cı ildə daha da genişlənməsindən xəbər verərək, cari il ərzində mindən artıq evin dağıdıldığını bildirmişdilər.
İsrailin baş naziri Benyamin Netanyahu BMT Təhlükəsizlik Şurasında qanunsuz yaşayış massivlərinin salınması əməliyyatının durdurulması üzrə anti-İsrail qətnamənin qəbul edilməsinin ardınca, beynəlxalq arenada təcrid olunmasından qəzəblənərək, BMT TŞ-də İsrail əleyhinə qətnamənin qəbul edilməsini rüsvayçılıq adlandırıb.