İsrail BMT-dən intiqam almaq istəyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i253232-İsrail_bmt_dən_intiqam_almaq_istəyir
İsrail rejimi BMT-nin Təhlükəsizlik Şurasında Fələstin ərazilərində qanunsuz yaşayış massivlərinin salınması əleyhinə qətnamənin qəbul edilməsinə reaksiya olaraq, BMT-nin tabeliyində olan 5 qrumun maliyyələşdirilməsini dayandıracaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2016 07:27 Asia/Baku
  • İsrail BMT-dən intiqam almaq istəyir
    İsrail BMT-dən intiqam almaq istəyir

İsrail rejimi BMT-nin Təhlükəsizlik Şurasında Fələstin ərazilərində qanunsuz yaşayış massivlərinin salınması əleyhinə qətnamənin qəbul edilməsinə reaksiya olaraq, BMT-nin tabeliyində olan 5 qrumun maliyyələşdirilməsini dayandıracaq.

Əl-Aləm kanalının verdiyi məlumata görə, sionist Yadiot Aharonot qəzeti son sayında yazıb: İsrailin baş naziri Benyamin Netanyahu Donald Trampın ABŞ prezidenti kimi səlahiyyətlərinin icrasına başlamasından sonra, Fələstinlilərin Məşğulluq və Nicat Agentliyini hədəfə almaq niyyətindədir. 

Qəzetin yazdığına görə, BMT TŞ-nin qətnaməsi İsrailə və onun Fələstin ərazilərində qanunsuz qəsəbələr salması siyasətinə qarşı misli görünməmiş bir hərəkət idi. 

Hyum qəzeti də yazır: Qüds meriyasının planlaşdırma və şəhərsalma komitəsi cari həftənin sonunda 5600 yeni mənzilin inşasını lisenziyalaşdıracaq.

BMT-nin Təhlükəsizlik Şurasında İsrailin Fələstin ərazilərində qanunsuz yaşayış massivləri salması siyasəti əleyhinə qətnamənin qəbul edilməsinin ardınca, İsrail başçıları Beynəlxalq Cinayət Məhkəməsində mühakimə edilmək təhlükəsinin artmasından nigaran olmağa başlayıblar.