Yan 01, 2017 15:31 Asia/Baku
  • İraqın Nəcəf vilayətində terror hücumları
    İraqın Nəcəf vilayətində terror hücumları

İraq mediaları xəbər veriblər ki, bu gün Nəcəf vilayətinin müxtəlif məntəqələri terror hücumları hədəfinə çevriliblər.

Press TV Məvazin xəbər agentliyinə istinadla xəbər veribdir ki, bomba yerləşdirilmiş bir avtomobil bu gün səhər Nəcəf vilayətinin Əlqadisiyyə məntəqəsində partlayıb.

Bomba yerləşdirilmiş avtomobil bir yoxlama-buraxılış məntəqəsinin yaxınlığında partlayıb. İlkin məlumatlara görə, bu partlayışda altı nəfər həlak olub, 20-dən çox insan da yaralanıbdır.

Bir təhlükəsizlik mənbəyi bildirib ki, bu terror hücumunun bəzi qurbanları mülki şəxslərdirlər.

Bu mənbə təhlükəsizlik qüvvələrinin hadisə yerində yerləşdiklərini bildirərək, partlayışda yaralanan şəxslərin xəstəxanaya köçürülmələrindən xəbər verib. Deyilənlərə görə, bu partlayış bir neçə polis məmurunun ölməsi və ya yaralanması ilə nəticələnib.

Həmçinin Əlsuməriyyə informasiya agentliyi bildiribdir ki, silahlı şəxslər Nəcəf vilayətinin Əlməşxab məntəqəsində yerləşən bir yoxlama-buraxılış məntəqəsinə hücum ediblər. Bəzi mənbələr də Nəcəf vilayətinin ətrafına bir neçə mərminin düşməsindən xəbər veriblər.

Bu hücumlar elə bir halda baş veribdir ki, şənbə günü səhər İŞİD-in məsuliyyətini üzərinə götürdüyü Bağdadın mərkəzindəki Əlsənk məhəlləsində baş vermiş partlayışlarda azı 27 nəfər ölüb, əllidən çox insan da yaralanıbdır.

Teqlər