BBC terrorçuların maraqları istiqamətində hərəkət edir
İraqın müştərək əməliyyat komandanlığı bir bəyanatda İngiltərənin BBC şayiə yayma mərkəzinin İraqın terrorizmlə mübarizə təşkilatı qüvvələrinin Mosulun azad edilməsi əməliyyatında ağır tələfat verməsi haqdakı son məlumatını həqiqətdən uzaq və İŞİD-ə qarşı savaşda iraqlı qüvvələrin əhval-ruhiyyəsini zəiflətmək məqsədli adlandırıb.
IRNA-nın məlumatına görə, İraqın müştərək əməliyyat komandanlığı dünən yaydığı bəyanatında iraqlı medialardan da istəyibdir ki, İŞİD-ə qarşı savaşda iraqlı qüvvələrin əhval-ruhiyyəsinə mənfi təsir göstərən bu kimi məlumatlar yaymaqdan çəkinsinlər.
İraqın müştərək əməliyyat komandanlığı BBÇ-nin məlumatında qeyd olunan rəqəmləri reallıqdan uzaq və terrorçulara xidmət məqsədi güdən ağ yalan adlandırıb.
BBC yanvarın 2-də 2016-cı ilin Yaxın Şərq üzrə ən mühüm olayları barədəki reportajında iddia edibdir ki, İraqın terrorizmlə mübarizə təşkilatı Mosulun azad edilməsi əməliyyatında öz qüvvələrinin əlli faizini itirib və hazırda hərbi əməliyyatda çətinliklərlə üzləşibdir.