İsrail rejimi qeyri-demokratik ölkələrə yaxınlaşmağa çalışır
-
İsrail rejimi qeyri-demokratik ölkələrə yaxınlaşmağa çalışır
Təl-Əviv Universitetində aparılan araşdırmalara görə, İsrail rejiminin dünyadakı mövqeyi süqut etməkdədir.
PressTV-nin verdiyi məlumata görə, Təl-Əviv Universitetindəki Təhlükəsizlik Araşdırmaları Müəssisəsi tərəfindən həyata keçirilən və İsrailin başçısı Rubin Rulinə təqdim edilən araşdırmaların nəticələrinə görə, İsrailin imicinə və legitimliyinə zərbə vurmaq üzrə beynəlxalq proqramlar hələ də davam edir.
İsrailin öz ənənəvi himayədarları ilə münasibətləri artıq korlanmağa doğru gedir. Və İsrail qeyri-demokratik ölkələr ilə münasibətlərini gücləndirməkdədir.
Bu araşdırmalara görə, Qərb dünyasında İsrailin öz imicini itirməsinə görə, İsraili boykot etmək istəyən, sərmayələrin İsraildən çıxarılmasına çalışan və İsraili iqtisadi blokadaya almaq istəyən beynəlxalq oyunçular bu gün keçmişdə olduğundan daha da çoxdur.