Əl-İbadi: Neynəva əyalətinin üçdə ikisi terrorçulardan təmizlənib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i254626-Əl_İbadi_neynəva_əyalətinin_üçdə_ikisi_terrorçulardan_təmizlənib
İraqın başnaziri Neynəva əyalətinin üçdə ikisinin terrorçulardan təmizləndiyini deyərək, hazırda bu əyalətin mərkəzi olan Mosul şəhərinin daxilində terrorçular ilə mübarizənin aparıldığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 06, 2017 14:35 Asia/Baku
  • İraqın baş naziri Heydər Əl-İbadi
    İraqın baş naziri Heydər Əl-İbadi

İraqın başnaziri Neynəva əyalətinin üçdə ikisinin terrorçulardan təmizləndiyini deyərək, hazırda bu əyalətin mərkəzi olan Mosul şəhərinin daxilində terrorçular ilə mübarizənin aparıldığını bildirib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi cümə günü İraq ordusunun təsis edilməsinin 96-cı ildönümü mərasimində çıxış edərək, deyib: İraqın terrorizm ilə savaşı sona yaxınlaşmaqdadır və Mosulda olan bütün İŞİD terrorçuları tezliklə məhv ediləcəklər.

Heydər Əl-İbadi İraq ordusunun bu ölkə xalqına məxsus olduğunu deyərək, əlavə edib: İraq ordusu bu gün çox yaxşı döyüş təcrübəsinə malikdir.

İraqın baş naziri həmçinin, bu ölkə ordusunun terrorizm ilə mübarizədəki fədakarlıqlarını alqışlayıb və deyib: Mübarizə hələ davam edir.

Mosulun azad edilməsi əməliyyatına 2016-cı ilin oktyabrında baş nazir Heydər Əl-İbadinin göstərişi ilə başlandı.