Həmas Beytül-Müqəddəsdə yük maşını ilə törədilən hücum aktını alqışladı
-
Həmas Beytül-Müqəddəsdə yük maşını ilə törədilən hücum aktını alqışladı
Həmas-ın rəhbər üzvlərindən olan Fuzi Bərhum bir fələstinlinin Beytül-Müqəddəsdə yük maşını ilə İsrail hərbçilərini daşıyan avtobusa hücum etməsini alqışlayıb və deyib: Həmas Qüdstə törədilən bu şücaətli və qəhrəmancasına hücum aktını alqışlayır.
Fuzi Bərhum əlavə edib: Həmas bu hücum aktını sionist işğalçıların Fələstin xalqının haqq və hüquqlarına, doğma diyarına və müqəddəslərinə qarşı cinayətləri və hörmətsizliklərinə təbii reaksiya hesab edir və İsrailə bu müraciəti vermək istəyir ki, fələstinlilərin incidilməsi və işgəncə edilməsi, qanunsuz qəsəbələrin salınması, insanlara, onların torpaqlarına və müqəddəslərinə xüsusi ilə də Əl-Əqsa məscidinə və Beytül-Müqəddəsə təcavüzün edilməsi, cavabsız qalmayacaq və heç bir şey Fələstin müqavimətini Fələstin xalqının haqq və hüquqlarını müdafiə etməkdən çəkindirə bilməz.
Fuzi Bərhum əlavə edib: İsrailin işğalçılıqları qarşısında xalqı, işğal edilmiş əraziləri və müqəddəsləri müdafiə etmək üçün ayağa qalxmaq və mübarizə aparmaqdan başqa yol yoxdur və Fələstin xalqı Allahın köməkliyi ilə müqavimətin bütün yollarından istifadə edərək, mübarizəni davam etdirəcək.
Qüds əməliyyatı zamanı fələstinli bir mübariz bir yük maşınından istifadə edərək, sionist hərbçilərə hücum edib. Bu hadisədə 6 sionist hərbçi ölüb, onlarla hərbçi də yaralanıb. Yaralılardan bir neçəsinin vəziyyəti ağır elan edilib.
Bu hücum ardınca İsrail rejimi Beytül-Müqəddəsdə təhlükəsizlik tədbirlərini gücləndirib.