Sionist rejimin keçmiş komandanları Netanyahuya xəbərdarlıq ediblər
-
Benyamin Netanyahuya
Sionist rejim ordusunun baş qərargahının keçmiş rəisləri baş nazir Benyamin Netanyahuya sionist hərbçilərə qarşı hərəkətləri barədə xəbərdarlıq ediblər.
İRİB-in verdiyi məlumata görə, İsrail ordusunun baş qərargahının keçmiş rəisi Ehud Barak bu rejim ordusunun keçmiş 5 komandanı ilə birlikdə Benyamin Netanyahuya, digər sağçı ifratçı fəallara ünvanladıqları məktubda sionist hərbçilər və onların komandanlarına qarşı qıcıqlandırıcı hərəkətlərin davam etdirilməsindən mənşə ala biləcək ziyanlar barədə xəbərdarlıq ediblər.
Sionist hərbçi Elor Azariya 2016-cı il mart ayının 24-də İordan çayının qərb sahilində Əl-Xəlil şəhərində yaralanaraq yıxılmış fələstinli gənc Əbdül-Fəttah Əşşərifin üzərinə yaxın məsafədən atəş açaraq onu şəhid etdi.
Bu sionist əsgərə sionist rejimin məhkəməsində 20 il həbs cəzası verildi, lakin Benyamin Netanyahu bu sionist hərbçinin əfv edilməsini istəyib.
Sionist rejim ordusunun baş qərargahının keçmiş rəisləri bəzi sionistlərin İsrail hərbçilərinə qarşı şuarlar səsləndirmələrini təhlükəli hesab edərək bildiriblər ki, ordu İsrailin himayədarı, onun mühafizə divarı və İsrailin mövcudluğunu mühafizə edən yeganə amildir.