Təl-Əviv Vaşinqtonun Suriya müharibəsinə cəlb olunmasına cəhd göstərir
-
Təl-Əviv Vaşinqtonun Suriya müharibəsinə cəlb olunmasına cəhd göstərir
ABŞ ordusunun sabiq zabitlərindən biri belə qənaətdədir ki, sionist rejim Suriyaya qarşı təhrikamiz hücumları ilə Amerikanı Suriyadakı toqquşmalara cəlb etməyə cəhd göstərir.
PressTv-nin verdiyi məlumata görə, Skott Bennet deyib: İsrail və daha dəqiq desək Netanyahu rejimindəki ifratçı sionistlər bu kimi hərəkətlərlə Suriyanı reaksiya göstərməyə və beləliklə ABŞ Konqresindəki radikal sionistlərin ABŞ rəsmilərini Suriyaya qarşı hərbi əməliyyatlara cəlb etmələri üçün zəmin yaratmağa cəhd göstərir.
Onlar elə bir vəziyyət yaratmaq istəyirlər ki, Donald Tramp prezidentlik fəaliyyətinə başlayarkən seçim qarşısında dursun və Suriyaya müdaxilə etmək məcburiyyətində qalsın. Amma suriyalı və rusiyalılar çox zəkalıdırlar və bu oyunlara aldanmayacaqlar. Dəməşqdə hərbi hava limanına hücum İsrail rejiminin mahiyyətini göstərir, bu rejim öz ölkələrinin mühafizəsi uğrunda mübarizə aparan günahsız suriyalıları öldürməyə çalışır. Bu Netanyahu və onun rejiminin terrorçu qrupları yaratdıqlarını və onlara maliyyə dəstək verdiklərini göstərən növbəti faktdır. Onlar terrorçulara tibbi təchizat və müalicə imkanları belə verirlər.
Sionistlər Suriyada sülh və sabitlik ardınca deyillər onlar qan tökülməsi, hərc-mərclik və gizli qətllərin tərəfdarıdırlar.