Suriya sionist rejimin təcavüzlərindən BMT-yə şikayət etdi
-
Suriya sionist rejimin təcavüzlərindən BMT-yə şikayət etdi
Suriya Xarici İşlər Nazirliyi BMT baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ayrı-ayrılıqda məktub ünvanlayaraq Suriya ərazisinə hücum edən təcavüzkar sionist rejimin cəzalandırılmasını istəyib.
İRNA-nın məlumatına görə, Suriya Xarici İşlər Nazirliyi cümə günü sionist rejimin Dəməşqdə hərbi aeroporta hücumuna reaksiyada BMT baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ayrı-ayrılıqda məktub ünvanlayaraq bildirib: Bu hücum bu rejimin Suriyada müharibənin başlandığı vaxtdan dəfələrlə hücumu və bu ölkənin müstəqilliyi və ərazi bütövlüyünün pozulması çərçivəsində baş verir.
Suriya XİN bildirib: İsrailin Suriyaya hücumları Fransa, İngiltərə, ABŞ və onun Ərəbistan, Türkiyə, Qətər və Suriyaya və regiona nəzarət etmək istəyən digər ölkələrdəki muzdlularının kəşfiyyat orqanlarında tənzimlənib.
Suriya XİN bu məktublarda sionist rejimin Suriyaya hücumlarının qarşısının alınmasını vurğulayaraq bildirib: Sionistlərin əl-Məzə hərbi aeroporta hücumu Suriyada, əsasən də Hələbdə terror qruplarının məğlubiyyətinə görə həyata keçirilib və Amerika, Fransa və İngiltərənin birbaşa yaşıl çırağı və dəstəyi olmadan mümkünsüzdür.
Sionist rejim qırıcıları terrorçulara dəstək və terrorizmlə mübarizədə problem yaratmaq məqsədilə cümə axşamı günü Dəməşqin əl-Məzə hərbi aeroportunu atəşə tutublar. Nəticədə aeroportda yanğın baş verib.