Fələstin üçün nəticəsiz Paris iclası
https://azeri.sahartv.ir/news/qərbi_asia-i256486-fələstin_üçün_nəticəsiz_paris_iclası
Fələstin məsələləri üzrə analitik bildirib: Fələstin və sionist rejim məsələlərinin araşdırılması üzrə Paris iclasının heç bir nailiyyəti olmadı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 16, 2017 12:26 Asia/Baku
  • 
Fələstin üçün nəticəsiz Paris iclası
    Fələstin üçün nəticəsiz Paris iclası

Fələstin məsələləri üzrə analitik bildirib: Fələstin və sionist rejim məsələlərinin araşdırılması üzrə Paris iclasının heç bir nailiyyəti olmadı.

Amerikada Fələstin məsələləri üzrə analitik Məhəmməd Üveys əl-Cəzirənin ingilis dilli xidməti ilə müsahibədə deyib: Paris iclasının digər iclaslar, o cümlədən Oslo, Cenevrə və Nyu-York iclasları kimi nailiyyəti yox idi.

O deyib: Mən Oslo-1, Oslo-2, Vaşinqton və Qahirə iclaslarının şahidi idim. Həmin iclaslarda beynəlxalq ictimaiyyət və fələstinlilər İsrailin tələbləri qarşısında təslim olurlar. Lakin İsrail beynəlxalq ictimaiyyətin tələbləri qarşısında təslim olmur və beynəlxalq qaydalar və Cenevrə-4 iclasının qətnaməsinə sadiq deyil. Buna görə, 1948-ci ildən Fələstin haqda iclaslar və konfransların heç bir nailiyyəti olmayıb. Əslində 1948-dən indiyə qədər fələstinlilərin heç bir nailiyyəti olmayıb, təkcə İsrail öz məskunlaşdırma prosesini davam etdirib və bu müddətdə fələstinlilərin öz yurdlarından çıxarılması artmışdır.