Yan 24, 2017 11:48 Asia/Baku
  • YUNİSEF(UNICEF)-in xəbərdarlığı
    YUNİSEF(UNICEF)-in xəbərdarlığı

BMT-nin Uşaq Fondu- YUNİSEF(UNICEF) Livandakı suriyalı didərgin uşaqların acınacaqlı durumu barədə xəbərdarlıq edib.

Röyters-in məlumatına görə, YUNİSEF dünən bir hesabatda Livandakı suriyalı didərgin uşaqların acınacaqlı durumu barədə nigaranlıq edərək, bildirib ki, təqribən yarısı məktəb yaşında olan 187 minə yaxın suriyalı didərgin yeniyetmə məktəbə getməkdən məhrumdur.

Bu bəyanata görə, yoxsulluq, ictimai ayrı-seçkiliklər və əmin-amansızlıq suriyalı didərgin uşaqların təhsil almalarına mane olur və onlar icbari əməyə məruz qalırlar.

Bir milyon yüz mindən çox suriyalı didərgin Livanda yaşayır.

YUNİSEF son zamanlar da bir hesabatda bildirmişdi ki, Türkiyədə yaşayan təqribən 400 min suriyalı didərgin uşaq təhsildən məhrumdur.

Teqlər