Bağdadın mərkəzində partlayış
-
Bağdadın mərkəzində partlayış
İraqın təhlükəsizlik mənbələri bu ölkənin paytaxtı Bağdadın mərkəzində bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində altı nəfərin ölməsi və yaralanmasından xəbər veriblər.
Fars xəbər agentliyinin məlumatına görə, terror ünsürləri bu gün avtomobil sərgilərinə şamil olan bir ticarət məntəqəsi sayılan Əlhənəhzə məntəqəsində bomba qoyulmuş bir avtomobili partladıblar ki, nəticədə iki nəfər ölüb, dörd nəfər də yaralanıbdır.
Dünən gecə də Bağdadın şərqindəki Əltalibiyyə məntəqəsində bomba qoyulmuş bir avtomobil partladı və on İraq vətəndaşı öldü və ya yaralandı.
İŞİD terrorçuları xüsusən Neynəva vilayətində iraqlı qüvvələrə dalbadal məğlub olduqdan sonra Bağdad daxil olmaqla bu ölkənin müxtəlif şəhərlərində mülkiləri qırğın etməyə üz tutublar.